Bakıda dustaq məhkəmədən qaçdı

 Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.
Şəffaflıq.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.

 Həmin şəxs aidiyyatı üzrə təhvil verilib.
DİN-in mətbuat xidmətindən fakt təsdiqlənib.
Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}