Əsas Səhifə > Hadisə > Bakıda dustaq məhkəmədən qaçdı
Bakıda dustaq məhkəmədən qaçdı26-07-2021, 13:14 |
Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb. Həmin şəxs aidiyyatı üzrə təhvil verilib. DİN-in mətbuat xidmətindən fakt təsdiqlənib. Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb. Geri qayıt |