Bakının 4 rayonunda əməliyyat: 7 nəfər həbs edilib

 Bakıda polis əməkdaşları tərəfindən narkotik alverçilərinə qarşı xüsusi əməliyyat keçirilib.
Şəffaflıq.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü V.Xəzərəliyevdən 19,522 qram heroin, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü A.Əsgərovdan 1,32 qram metamfetamin, 0,108 qram metadon aşkar olunub.
Budan başqa, Qaradağ rayon Polis İdarəsinin cinayət axtarış bölməsi, narkotiklə mübarizə bölməsi və 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Ş.Hacıəliyev həbs edilib.
Ondan 1,366 qram heroin aşkar olunaraq götürülüb.
Daha bir əməliyyat Sabunçu rayonunda keçirilib.
Sabunçu rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsi və 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Ələsgərov həbs edilib. Ondan 1,285 qram heroin aşkarlanıb.
42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Hacıyev Sabunçu rayon ərazisində saxlanılıb. Ondan 0,179 qram heroin tapılıb.
Oxşar əməliyyat Nərimanov rayonunda da keçirilib. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Ə.Qəhrəmanovdan 0,355 qram heroin aşkar olunaraq götürülüb.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}