Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib.

 3 fevral tarixində  ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Şamaxı rayonunda da 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilib.
 ŞƏFFAFLIQ.ABildirir ki, yarışda 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər.Olimpiadada rayon üzrə 400 nəfərə yaxın şagird iştirak edib.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.
Olimpiadanın rayon mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Nəticələr yaxın günlərdə elan olunacaqdır.
 
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}