Gürcüstan parlamentinin deputatı Azər Süleymanovdan_ FOTO


 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizin sayənizdə Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və mədəni münasibətlər elə bir həddə çatıb ki, bu, qonşu dövlət müstəvisindən çıxaraq iki dost dövlətin, iki qardaş xalqın rəmzinə çevrilib. Ulu Öndərin apardığı uğurlu xarici siyasətin davamı kimi bu gün soydaşlarımıza göstərdiyiniz böyük diqqət və qayğı hər gün daha geniş vüsət almaqdadır. Biz inanırıq ki, bundan sonra da Ümummilli Liderimizin varisi olaraq bütün sahələrdə soydaşlarımıza məxsusi qayğı ilə yanaşacaq, iki dövlətin hərtərəfli inkişafında çəkdiyiniz zəhmətin bol-bol uğurlarının şahidi olacağıq. Əminlik hissi ilə deyə bilərəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolunda qətiyyətlə irəliləyir və yaxın zamanda ərazi bütövlüyünə nail olacaqdır. Böyük siyasi xadim Heydər Əliyev uzaqgörənliklə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yaratdığı kimi, möhtərəm İlham Əliyev də işğal olunmuş torpaqları azad edib yeni səhifə açacaq və Azərbaycanın bütövlüyü gününü bizlərə yaşadacaqdır.
Gürcüstanda yaşayan soydaşlarımız adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini və xalqımıza firavanlıq diləyirəm.
Hörmətlə,
 Azər Süleymanov
Gürcüstan parlamentinin deputatı
AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}