“Məsələ erməni məsələsi deyil” - ABŞ SENATORU ETİRAF ETDİ

 

Şəffaflıq.az xəbər verir ki, bundan əvvəl Nümayəndələr Palatasında erməni qanun layihələrinə “yox” deyən demokrat partiyası üzvü Stiven Kohen bu dəfə 29 oktyabr günü Nümayəndələr Palatasında keçirilən səsvermədə 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının daxil olduğu qanun layihəsinin lehinə nədən səs verdiyini açıqlayarkən dərdinin başqa olduğunu etiraf edib: “Türkiyə ABŞ-a hörmət etmirmiş kimi görünürdü!”
Kohen deyib: “Ermənilərlə bağlı qanun layihəsinin həmişə əleyhinə olmuşam, amma bu həftə layihənin lehinə səs verdim”. O, qərarına Türkiyənin Suriyada həyata keçirdiyi Barış bulağı əməliyyatının təsir elədiyini bildirərək söyləyib: “Konqresin yanaşmasını dəyişdiyini söyləyə bilərəm. Ötən ilə qədər erməni layihəsi üçün əsla 218 nəfər səs verməmişdi”.шаблоны для dle 11.2


Facebook-da paylaş