İran prezidenti ABŞ-a gedəcək! - HÖRMÜZ SÜLH PLANINI TƏQDİM EDƏCƏK

 

Şəffaflıq.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın İran heyətinin Nyu-Yorka gəlməsini istəmədiyinə rəğmən, BMT-nin Baş Assambleyasında iştirak eləmək məsələsində israrlı olduqlarını bildirib. Ruhani deyib: “Amerikalılar BMT-də olmağımızı, çıxış eləməyimizi istəmirlər. Həqiqətləri söyləyəcəyimizdən qorxurlar”.

İran prezidenti Həsən Ruhani BMT-nin 74-cü Baş Assambleyasında iştirak eləmək üçün gedəcəyi Nyu-York səfərindən əvvəl Tehranın Mehrabad hava limanında jurnalistlərə açıqlama verib. O, BMT-yə Hörmüzd sülh planını təqdim edəcəklərini söyləyib. Ruhani deyib: “Bu plan çərçivəsində körfəz ölkələri ilə regionun təhlükəsizliyi üçün əməkdaşlığı proqnozlaşdırırıq. Hörmüzd sülh planını BMT-nin iclasında detallı şəkildə təqdim edəcəyəm”.

İranın təqdim edəcəyi Hörmüzd sülh planı ilə rəsmi Tehranın sülh tərəfdarı olduğunun anlaşılacağını söyləyən Ruhani plana bütün körfəz ölkələrini daxil eləmək istədiklərini bildirib: “Bu plana Bəzrə körfəzində və Hörmüzddə sahili olan bütün ölkələr dəvət ediləcək və bölgədə təhlükəsizlik əməkdaşlığının işə düşməsi üçün BMT də bu plana dəvət ediləcək”.

Ruhani heç bir ölkənin xaricdən regiona sülh planı təqdim etməyəcəyini vurğulayaraq deyib: “ABŞ 2001-ci ildən bəri bölgədədir, lakin heç bir zaman regionda təhlükəsizlik yarada bilməyib”.

Ruhani ABŞ xarici işlər naziri Mayk Pompeonun hər zaman İranın əleyhinə əsilsiz və məntiqsiz danışdığını söyləyib və əlavə edib: “İrana qarşı ittihamlarda ABŞ başqa hədəf axtarışındadır. ABŞ Səudiyyə Ərəbistanına məxsus neft müəssisələrinə hücumlardan öz mənfəəti üçün istifadə eləməyə çalışır. İndi Patriot hava hücumundan müdafiə sistemlərini bölgəyə daşımaqdan bəhs edirlər. ABŞ Səudiyyə Ərəbistanının şərqində qalan bütün neft ərazilərinə sahib olmaq istəyir. Əlbəttə, bu bizimlə əlaqədar qovğa deyil. Bu, ABŞ, Çin və digərlərinin fürsətdən istifadə eləmək qovğasıdır”.

Ruhani Nyu-Yorka sfərinin xüsusilə mühüm olduğunu, ABŞ-ın İran heyətinin səfərindən narahat olduğunu bildirib: “Amerikalılar bizim BMT-də olmağımızı, çıxış eləməyimizi, jurnalistlərə açıqlama verməyimizi istəmirlər. Onlar həqiqətləri dilə gətirməyimizdən qorzurlar. ABŞ-ın İran heyətini Nyu-Yorkda görmək istəməməsinə rəğmən, biz BMT-nin tədbirində iştirak eləməyə israr elədik. BMT-yə gedib orada çıxış edəcəyik. Çünki, biz ağıl və məntiq əhliyik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}