Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

1.1. birinci yeri tutan hər bir idmançı – 50 min manat, onun şəxsi məşqçisi – 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançı – 30 min manat, onun şəxsi məşqçisi – 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançı – 20 min manat, onun şəxsi məşqçisi – 10 min manat;