“Moskvadan balaca şey istəmirik”: Paşinyanın acığına biz də "yekə" silah sifariş verəkmi..?

 Dünən Paşinyanın Peterburqa “narahat səfəri” haqqında qeydlərimizi nəzərinizə çatdırmışdıq və səfərin əsas məqsədinin beynəlxalq iqtisadi forumda iştirakdan çox, Ermənistanın baş nazirinin Rusiya prezidenti ilə görüşü idi.
 Görüş qısa müdddətli olsa da, Paşinyan hiss olunur ki, məmnun qayıdıb və bu xoşbəxtliyi qazanmaq üçün dünənki yazımızda qeyd etdiyimiz kimi Paşinyan Putinin göstərişlərini “can-başla yerinə yetirəcəyinə” söz verməliydi. 
Erməni mediasının yazdığına görə, Paşinyan Putinlə görüşdə qazdan və silahdan danışıb. Qazın ucuz qiymətə satılması və Rusiyanın kredit adı altında növbəti silah “hədiyyəsi” barədə Paşinyanın jurnalistlərə açıqlamasında maraqlı detallar diqqət çəkdi. Jurnalistin “yeni “İsgəndər” kompleksinin Ermənistana verilməsi gözlənilirmi” sualına Paşinyan "Bizdə “İsgəndər”lər kifayət qədərdir, başqa silahlar barəsində danışdıq" cavabını verir. Silahın adının açıqlamayan Paşinyan: “nəsə, balaca şey deyil” - cavabını verib və əlavə edib ki, “bu sahədə işlərimiz planlaşdırılmış qaydada inkişaf edir”.
Göründüyü kimi Ermənistanın baş naziri Putinə arxalanan rəqiblərinə bir növ cavab vermiş oldu və onun səfərinin əsas məqsədi də Putindən arxayın olmaq idi. Bu günkü məhkəmə qərarına görə Koçaryanın əmlakına həbs qoyulmaması da təsadüf ola bilməz, bu qərarı keçmiş rəhbərlərin təqibinin dayandırılması barədə Putinin mesajının yerinə yetirilməsi kimi dəyərləndirmək olar. 
 Moskva heç vaxt “İsgəndər” kompleksini Azərbaycana Ermənistan kimi nəinki hədiyyə etməyəcək, heç ikiqat qiymətinə də satmayacaq. Bəlkə, ABŞ-ın təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Amerika silahları barədə təklifi barədə düşünək. Qoy, bu dəyərləndirmədən Rusiya əl-ayağa düşsün,onsuz da bizə olan olub. Hər an Rusiyadan təzyiq olacağı barədə fikir formalaşdırmaq əvəzinə, arada Rusiyaya da, dolayısı yolla təzyiq etmək lazımdır, necə ki, Ermənistan zaman-zaman bu təzyiqi edir və istədiyinə də çatır.
Paşinyanı balaca silah maraqlandırmır, Azərbaycana qarşı yekə silah istəyir. Səlahiyyətlilər nəzərə alsın...Moderator.az
шаблоны для dle 11.2


Facebook-da paylaş