Deputata təhqir yazanı “facebook” profilindən tapdılar! - İKİNCİ HƏBS!

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin adından yalan olaraq yazılan fikirlər sosial şəbəkələrdə paylaşılır.Yanlış olaraq yayılan bu fikirlərə rəy olaraq ” facebook” sosial şəbəkəsində şəxsiyyətin şərəf və ləyaqətini alçaldan ifadələr işlədilir.

Şəffaflıq.az Timenews-a istinadən xəbər verir ki, deputatı təhqir edən növbəti vətəndaşı da ” facebook” profilindən tapıblar. Şəxsin deputat tərəfindən məhkəməyə veriləcəyi qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl də deputatı təhqir edən vətəndaşlardan biri tapılıb,onun barəsində məhkəmə şikayəti olunmuşdu.

Xatırladaq ki, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma,yəni təhqir etmə 1 il 4 ayadək həbs və 300-1000 manat aralığında cərimə ilə cəzalandırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}