Vahid İsmayılov: Novruz bayramınız mübarək olsun!

  Hörmətli həmvətənlərim!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
 Bütün dünya azərbaycanlılarına Novruz bayramı salamlarımı yetirir, azərbaycançılıq məfkurəsi ətrafında onların daha sıx birləşəcəklərinə inamımı ifadə edirəm. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad edirəm.İnanıram ki,Azərbaycan müstəqil ölkə olaraq Qarabağ torpağında qazanacağı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir.
Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm.
Novruz bayramınız mübarək olsun!
Hormətlə Şəffaflıq.az saytinin baş redaktoru Vahid Yusif Oğlu İsmayılov.шаблоны для dle 11.2


Facebook-da paylaş