SON DƏQİQƏ: dollar və avro BAHALAŞDI

 Gürcüstanda ABŞ dolları və avro milli valyuta olan lariyə qarşı yenidən bahalaşıb.
Şəffaflıq.az “Report”a istinadən xəbər verir ki, Gürcüstan Milli Bankının iyulun 9-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8320 lari təşkil edir.
Bugünkü məzənnə ilə müqayisədə ABŞ dollarının qiyməti 0,0308 lari artıb.
Bir avro isə bugünkü məzənnə ilə müqayisədə 0,0231 lari bahalaşaraq 3,1778 lari təşkil edib.
Larinin ucuzlaşması Rusiyadan Gürcüstana aviadaşımaların qadağan olunması ilə əlaqələndirilir. Gürcüstanın Mərkəzi Bankı, eyni zamanda İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi isə milli valyutanın dəyərdən düşməsini qısamüddətli tərrəddüd adlandırıblar.шаблоны для dle 11.2


Facebook-da paylaş