Şamaxıda stadion tikintisinə başlanıldı

 

AFFA ilə Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşası başlanıb.

Şəffaflıq.az xəbər verir ki, 2200 nəfər azarkeş tutumuna malik olacaq stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb. Əsas meydanın tribunaları tavanla örtüləcək.


Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}