Şamaxıda “ASAN xidmət”in qarşısındakı yol ilə bağlı mövcud olan problem öz həllini tapır

 Şamaxıda “ASAN xidmət”in qarşısındakıyol ilə bağlı mövcud olan problem öz həllini tapır.
Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq Şamaxı Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhərinin qala qapısı və “ASAN Həyat Kompleksi”inin qarşısından keçən hissəsinin yeni layihəsi hazırlanır.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Avtomobil Federasiyasının hazırladığı yol hərəkətinin təşkili və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanmış ilkin layihə ixtisaslaşmış beynəlxalq ekspertlərə təqdim olunmuşdur.
Layihənin məqsədi avtomobillərin və piyadaların intensiv hərəkət etdiyi yol kəsiyində hərəkət təhlükəsizliyini beynəxalq standartlara uyğunlaşdırmaqdır.
Özündə işıqfor, yol döngəsi, piyada keçidləri və digər yol infrastrukturlarını cəmləşdirən bu layihə təsdiq olunduqdan sonra tezliklə icra olunacaqdır.
Beləliklə, əhalinin piayada və avtomobillə rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}