Fransada COVID-19 xəstələrinin sayı 160 mini ötdü

 

Fransada son sutka ərzində koronavirusa daha 641 yoluxma qeydə alınıb.

Bu barədə "Sante publique" sanitar agentliyi bildirib.

Qeyd edilir ki, bununla da COVID-19 xəstələrinin ümumi sayı 160 min nəfəri ötüb.

Qərbi Avropa ölkəsində koronavirusdan ölənlərin ümumi sayı 29 633 nəfərə çatıb, onlardan 19 176-sı xəstəxanalarda ölüblər.


Məlumata görə, son 24 saatda xəstəxanalarda daha 19 nəfər vəfat edib.

Hazırda ölkənin xəstəxanalarında 9 837 nəfər təhlükəli infeksiyadan müalicə edilir, onlardan 715-i reanimasiya şöbələrindədir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}