Əsas Səhifə > Dünya > Fransada COVID-19 xəstələrinin sayı 160 mini ötdü
Fransada COVID-19 xəstələrinin sayı 160 mini ötdü21-06-2020, 09:27 |
Fransada son sutka ərzində koronavirusa daha 641 yoluxma qeydə alınıb. Bu barədə "Sante publique" sanitar agentliyi bildirib. Qeyd edilir ki, bununla da COVID-19 xəstələrinin ümumi sayı 160 min nəfəri ötüb. Qərbi Avropa ölkəsində koronavirusdan ölənlərin ümumi sayı 29 633 nəfərə çatıb, onlardan 19 176-sı xəstəxanalarda ölüblər. Məlumata görə, son 24 saatda xəstəxanalarda daha 19 nəfər vəfat edib. Hazırda ölkənin xəstəxanalarında 9 837 nəfər təhlükəli infeksiyadan müalicə edilir, onlardan 715-i reanimasiya şöbələrindədir. Şəffaflıq.az Geri qayıt |