Fransada koronavirus qurbanlarının sayı 29,5 mini ötdü

 

Fransada son bir gündə koronavirusdan 28 nəfər ölüb.

Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da pandemiya qurbanlarının sayı 29 575 nəfərə çatıb.

"Fransada epidemiyanın başlanğıcından 29 575 insan ölüb, onlardan 19 118-i xəstəxanalarda vəfat edib", - rəsmi məlumatda deyilir.

Qeyd edilir ki, sosial və tibbi-sosial müəssisələrdə qeydə alınmış ölümlər üzrə məlumatlar 23 iyunda yenilənəcək.

Hazırda xəstəxanalarda 10 267 insan müalicə edilir. Son 24 saatda daha 116 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Ölkə xəstəxanalarının reanimasiya şöbələrində 772 pasiyent müalicə edilir.

Fransada epidemiyanın başlanğıcından 103,5 min insan xəstəxanaya yerləşdirilib. Ölkədə virusa yoluxmuş 73,6 mindən çox insan sağalaraq evə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}