BMT-nin koronavirusa yoluxmuş əməkdaşlarının sayı AÇIQLANDI

 


BMT-nin 950-dən çox əməkdaşı COVID-19 virusuna yoluxub.

Şəffaflıq.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat yayıb.

O bildirib ki, bu günə kimi koronavirusa yoluxan BMT əməkdaşlarının sayı 953 nəfər təşkil edir.

Qeyd edək ki, pandemiya səbəbindən BMT-nin baş qərargahında iş qrafiki məhdudlaşdırılıb. Təşkilatın əksər toplantıları videokonfrans formatında baş tutur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}