Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı 284-ə çatdı

 

Dünyada koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı məlum olub.

Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi videobrifinqin gedişatında bildirib.

O, qeyd edib ki, dünyanın ən böyük təşkilatının 280-dən çox üzvü COVD-19 infeksiyasına yoluxub.

“Dünən axşamkı məlumata görə, dünyada BMT əməkdaşları arasında ümumi 284 yoluxma halı var”, – Dyujarrik deyib.

Onun sözlərinə görə, BMT katibliyinin heyətində sülh, səhra və siyasi missiyalar daxil olmaqla, 43 xəstə var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}