İsa Həbibbəyli: Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır
Laçın və Kəlbəcərdə də arxeoloji tədqiqatların aparılması planlaşdırılır. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində çıxşı zamanı deyib. Onun sözlərinə görə, ötən il işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar təşkil olunub: "Qarabağda elmi mərkəz açılmalıdır. Bunun artıq vaxtıdır. Qarabağın bəzi ərazilərində tədqiqatlar aparılır, ancaq digər ərazilərə də ilk arxeoloji ekspedisiyalar təşkil olunmalıdır".
Xəbəri paylaş
Facebook-da paylaş








