Tağlar mağarasında tapılan neandertal insan qalığının analiz nəticələri bu il açıqlanacaq


Ötən il Tağlar mağarasında tapılan neandertal insan qalığının analiz nəticələri bu il açıqlanacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib.

Onun sözlərinə görə, həmin arxeoloji fakt Yaponiyada analiz mərhələsindədir:

"Analiz nəticəsində onun yaşı, cinsi və s. müəyyən ediləcək. Bu fakt təsdiqlənərsə, 1968-ci ildə Azıx mağarasında tapılan ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək".

Xatırladaq ki, ötən il Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə aparılan arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni paleontropoloji qalığı tapılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}