Türkiyədə iki ailə arasındakı davada 10 nəfər xəsarət alıb


Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətində iki ailə arasındakı dava sonradan silahlı qarşıdurmaya dönüb.

Şəffaflıq.az-ın "Haber Global"a istinadən məlumatına görə, Gölcük rayonunda iki ailə arasında yaşanan davada 10 nəfər xəsarət alıb.

Onlardan dördünün odlu silahla vurulduğu bildirilir.

Məlumata görə, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən iki nəfər saxlanılıb. Araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}