Əsas Səhifə > REGİON > Türkiyədə iki ailə arasındakı davada 10 nəfər xəsarət alıb

Türkiyədə iki ailə arasındakı davada 10 nəfər xəsarət alıb


Bu gün, 09:54


Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətində iki ailə arasındakı dava sonradan silahlı qarşıdurmaya dönüb.

Şəffaflıq.az-ın "Haber Global"a istinadən məlumatına görə, Gölcük rayonunda iki ailə arasında yaşanan davada 10 nəfər xəsarət alıb.

Onlardan dördünün odlu silahla vurulduğu bildirilir.

Məlumata görə, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən iki nəfər saxlanılıb. Araşdırma aparılır.


Geri qayıt