Növbəti iki gün bəzi rayonlarda hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si səhər 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








