Azərbaycan Almaniya ilə qaz tədarükü və enerji keçidini müzakirə edib


Azərbaycan və Almaniya arasında qaz tədarükü, enerji keçidi və aşağı karbon həlləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Şəffaflıq.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində energetika naziri Pərviz Şahbazov və Almaniyanın "VNG AG" şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller ilə görüşdə aparılıb.

Görüşdə qlobal enerji bazarında mövcud vəziyyət, enerji böhranı fonunda təchizat təhlükəsizliyi, bazarların şaxələndirilməsi və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkədə həyata keçirilən enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, batareya enerji saxlama sistemləri və enerji sisteminin modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Bildirilib ki, Azərbaycanda artıq 11 sənaye miqyaslı günəş və külək enerjisi layihəsi icra edilir və bu layihələr yaxın illərdə ölkənin quraşdırılmış gücündə əhəmiyyətli paya sahib olacaq.

Qeyd olunub ki, bərpa olunan enerji layihələri nəticəsində həm təbii qaz qənaəti təmin edilir, həm də ixrac imkanları genişlənir. Eyni zamanda şəbəkənin gücləndirilməsi və enerji sisteminin dayanıqlığı üçün investisiyalar artırılır. Həmçinin gələcək enerji sistemində hidrogen, biometan və digər alternativ enerji mənbələrinin rolu, Azərbaycan, Türkiyə və Avropa istiqamətində elektrik enerjisi interkonnektor layihələrinin əhəmiyyəti qeyd olunub, bu istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}