Anar Quliyev Şamaxıda vətəndaşları qəbul edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyunun 12-də Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan sakinləri qəbul edəcək. Bu barədə Şəffaflıq.az komitəyə istinadən xəbər verir. Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Şamaxı şəhərində baş tutacaq. Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}