Şuşa və Xankəndidə arxeoloji qazıntılar üçün xüsusi proqram hazırlanır
Hazırda Şuşada və Xankəndidə ilkin kəşfiyyat işləri aparmaqla qazıntılar təşkil etmək üçün proqram yaradılır. Şəffaflıq.az xəbər verir ki, bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib. Onun sözlərinə görə, Şuşa və Xankəndi arxeoloji ekspedisiyası formalaşdırılır: "İşğaldan azad olunmuş ərazilərdə ekspedisiya prosesini ləngidən səbəblərdən biri minaların çoxluğudur. Həmçinin bu bölgələrdə lazımı infrastruktur yoxdur. Hazırda beynəlxalq əməkdaşlıqlar edirik. Bu istiqamətdə işlərimiz davam etdiriləcək".
Xəbəri paylaş
Facebook-da paylaş








