Qobustan qəsəbəsində bir aşırımlı körpünün inşasına start verilib
Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata əsasən, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür. 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib. Şəffaflıq.az
Facebook-da paylaş








