Əsas Səhifə > SİYASƏT > Şuşa və Xankəndidə arxeoloji qazıntılar üçün xüsusi proqram hazırlanır
Şuşa və Xankəndidə arxeoloji qazıntılar üçün xüsusi proqram hazırlanırBu gün, 12:35 |
|
Hazırda Şuşada və Xankəndidə ilkin kəşfiyyat işləri aparmaqla qazıntılar təşkil etmək üçün proqram yaradılır. Şəffaflıq.az xəbər verir ki, bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib. Onun sözlərinə görə, Şuşa və Xankəndi arxeoloji ekspedisiyası formalaşdırılır: "İşğaldan azad olunmuş ərazilərdə ekspedisiya prosesini ləngidən səbəblərdən biri minaların çoxluğudur. Həmçinin bu bölgələrdə lazımı infrastruktur yoxdur. Hazırda beynəlxalq əməkdaşlıqlar edirik. Bu istiqamətdə işlərimiz davam etdiriləcək". Geri qayıt |