Əsas Səhifə > SİYASƏT > Tağlar mağarasında tapılan neandertal insan qalığının analiz nəticələri bu il açıqlanacaq

Tağlar mağarasında tapılan neandertal insan qalığının analiz nəticələri bu il açıqlanacaq


Bu gün, 12:43


Ötən il Tağlar mağarasında tapılan neandertal insan qalığının analiz nəticələri bu il açıqlanacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib.

Onun sözlərinə görə, həmin arxeoloji fakt Yaponiyada analiz mərhələsindədir:

"Analiz nəticəsində onun yaşı, cinsi və s. müəyyən ediləcək. Bu fakt təsdiqlənərsə, 1968-ci ildə Azıx mağarasında tapılan ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək".

Xatırladaq ki, ötən il Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə aparılan arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni paleontropoloji qalığı tapılıb.


Geri qayıt