Əsas Səhifə > Dünya > BMT-nin koronavirusa yoluxmuş əməkdaşlarının sayı AÇIQLANDI

BMT-nin koronavirusa yoluxmuş əməkdaşlarının sayı AÇIQLANDI


13-06-2020, 20:47

 


BMT-nin 950-dən çox əməkdaşı COVID-19 virusuna yoluxub.

Şəffaflıq.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat yayıb.

O bildirib ki, bu günə kimi koronavirusa yoluxan BMT əməkdaşlarının sayı 953 nəfər təşkil edir.

Qeyd edək ki, pandemiya səbəbindən BMT-nin baş qərargahında iş qrafiki məhdudlaşdırılıb. Təşkilatın əksər toplantıları videokonfrans formatında baş tutur.


Geri qayıt