Sumqayıtda 3 avtomobil yanıb - FOTO

 

Sumqayıtda bir gecədə 3 avtomobil yanıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Belə ki, dayanacaqda olan "Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin arxa buferi əriyib. “Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Digər hadisə isə şəhərin 1-ci mikrorayonunda olub. Orada "Hyundai" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}