Məzahir Pənahov və Gürcüstan MSK sədri bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparıblar

 Bu gün Azərbaycan Respublikasında bələdiyyə seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Şəffaflıq.az MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK sədri Məzahir Pənahov deyib ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.
Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri T.Jvaniya ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu bildirib. Bələdiyyə seçkilərinə hazırlıqlardan danışan MSK sədri M.Pənahov bildirib ki, dekabrın 22-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.
Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}