Ramin Məmmədov Qusarda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusar rayonunda vətəndaşları qəbul edib. Şəffaflıq.az xəbər verir ki, qəbul zamanı Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyinatı, dini təhsil, dini icmaların dini təyinatlı ədəbiyyatla təmin olunması, maarifləndirmə işinin genişləndirilməsi, dini ədəbiyyatın nəşri, eləcə də digər məsələlərlə bağlı müraciətlər ediblər. Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Facebook-da paylaş








