May ayının pensiya ödənişləri yekunlaşıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişlərini yekunlaşdırıb. Bu barədə nazirlikdən məlumat verilib. Mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə bölgələrdə qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








