İzmirdə batma təhlükəsi ilə üzləşən 34 qanunsuz miqrant xilas edilib
Egey dənizinin Türkiyənin İzmir vilayətinin Qaraburun rayonu sahillərində 34 qanunsuz miqrant xilas edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Bildirilib ki, miqrantları daşıyan qayıq dənizdə sürüklənib, komandanlıq dərhal hərəkətə keçərək miqrantları batmaqdan xilas edib. Bununla yanaşı, Dikili rayonu sahillərində 40 nəfər qanunsuz miqrant saxlanılıb. Həmin miqrantlar Miqrasiya İdarəsinə göndəriliblər.
Xəbəri paylaş
Facebook-da paylaş








