İşğaldan azad olunan ərazilərin bərpasında Prezident İlham Əliyevin xüsusi yanaşmasını görürük
WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu sübut etdi ki, Azərbaycan xalqı qədim mədəniyyətə malikdir. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat xatırladıb ki, Azərbaycan xalqının qədim və zəngin şəhərsalma mədəniyyəti var: "Azərbaycan xalqı tarix boyu müxtəlif şəhərlər yaradıb. Bu nümunələrdə özünün unikallığı ilə seçilən Qəbələni, Gəncəni, Naxçıvanı, Şamaxını, Bərdə, Şəkini və bir sıra əraziləri qeyd edə bilərik ki bu əraziləri Azərbaycan xalqı yaradıb. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi başlayıb. Burada əsas istiqamət o oldu ki tarix qorunsun. Bu istiqamətdə tarixi memarlıq üslubu qorunur. Eyni zamanda da müasirlik də təmin olunur. Prezidentin rəhbərliyi ilə Azərbaycanda da bu işlər uğurla aparılır". Şəffaflıq.az
Facebook-da paylaş








