Ərdoğan TDT-nin qeyri-rəsmi Zirvə görüşündə kibertəhlükəsizlik məsələsini gündəmə gətirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri ilə kibertəhlükəsizlik, rəqəmsallaşma və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib.

Şəffaflıq.az xəbər verir ki, o bunu TDT-nin qeyri-rəsmi Zirvə görüşündə deyib.

R.Ərdoğanın sözlərinə görə, kibertəhlükəsizlik müasir dünyada quruda, havada və dənizdə təhlükəsizlik qədər həyati əhəmiyyət daşıyır:

"Biz Türkiyənin sədrliyi dövründə TDT çərçivəsində kibertəhlükəsizlik sahəsində koordinasiyanı və əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq niyyətindəyik".

Türkiyə lideri həmçinin ortaq türk əlifbasının təhsil, mədəniyyət, akademik əməkdaşlıq və rəqəmsal transformasiya sahələrində geniş tətbiqinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Ərdoğan türk dillərinin rəqəmsal məkanda iştirakını artırmağa imkan verəcək türk dili modeli daxil olmaqla süni intellektə əsaslanan layihələrin dəstəklənməsinin lehinə çıxış edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}