Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirib.

Şəffaflıq.az xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılaraq qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Qeyd olunub ki, İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayışının təmin olunması ilə bağlı tapşırıqları ardıcıl şəkildə icra edilir.

Həmçinin, Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesini diqqətdə saxladığı və onun göstərişlərinə uyğun tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Komitə sədri vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi həyata keçirilir.

Belə ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərlə bağlı olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}