Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində; 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər); 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. "20 Yanvar" dairəsində; 8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 9. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş








