WUF13 çərçivəsində investorların dayanıqlı mənzil məsələləri üzrə dəyirmi masası başlayıb


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində investorların "Çoxtərəfli inkişaf bankları yerli səviyyədə dayanıqlı mənzil tikintisinin həyata keçirilməsinə necə töhvə verə bilər?" mövzusunda dəyirmi masası başlayıb.

Şəffaflıq.az-ın məlumatına görə, müzakirə şəhərlərin kifayət qədər əlçatan və iqlimə dayanıqlı mənzil fondunu təmin etməsinə imkan verəcək praktiki yanaşmaların hazırlanmasına yönəlib.

Sessiyanın əsas mövzusu torpaqdan istifadə, infrastruktur inkişafı, maliyyə mexanizmləri, şəhərsalma planlaşdırması və şəhər idarəçiliyi məsələlərini birləşdirən əsas şəhər sistemi - mənzil məsələsi dayanır.

Dayanıqlı və əlçatan mənzil tikintisi, sosial və icarə mənzil modelləri, həmçinin iqlimə dayanıqlıq prinsiplərinin tətbiqi, enerji səmərəliliyinin artırılması və ekoloji cəhətdən təmiz tikinti materiallarının istifadəsinə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, 22 may tarixinədək davam edəcək forumda iştirak üçün 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}