Azərbaycan Omanla iqtisadi münasibətləri müzakirə edib


Azərbaycan və Oman Sultanlığı arasında iitərəfli iqtisadi münasibətlər müzakirə olunub.

Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Dr. Xəlfan Əl-Şuaili ilə görüş keçirilib.

"İkitərəfli iqtisadi münasibətlərin cari vəziyyəti, biznes əlaqələrinin şaxələndirilməsi imkanlarından istifadə, ticarət, investisiya və infrastruktur sahələrində qarşılıqlı fəaliyyətin təşviqi, potensial layihələrdə iştirak barədə fikirlərimizi bölüşdük", - deyə M. Cabbarov bildirib..


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}