Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Bu il İçərişəhərdə 26 iri festivalın keçirilməsi nəzərdə tutulub. Bunu "Report"a açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Rüfət Mahmud bildirib. "Müvafiq mobil tətbiqdə siz artıq bütün informasiyanı əldə edə bilərsiniz", - deyə o qeyd edib. Bundan başqa, sədr deyib ki, İçərişəhərdə bir çox yeniliklər gözlənilir: "Muzeylərin yeni ekspozisiyalarının üzərində işlər aparılır. Ziyarətçilər üçün interaktiv sərgilənmə tətbiq olunacaq ki, onlarda unudulmaz təəssüratlar yaransın. Eyni zamanda Qala Qoruğu ilə bağlı ayrıca inkişaf strategiyası hazırlanılır. Oranın potensialı çox böyükdür. Hazırda özəl sektorla danışıqlar aparılır ki, burada mütəmadi tədbirlər keçirilməsi, muzeylərin təmiri, bərpa olunması, yeni yanaşmaların tətbiq olunması nəzərdə tutulsun". Şəffaflıq.az
Facebook-da paylaş








