Putin Çində Si Cinpinlə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə danışıqlar aparacağı Pekindəki Xalq Yığıncaqları Zalına gəlib.

Şəffaflıq.az TASS-a istinadən məlumatına görə, Rusiya liderinin iş proqramı Tyananmen Meydanında rəsmi qarşılanma mərasimi ilə başlayıb və orada Çin Sədri tərəfindən qarşılanıb. Bundan sonra tərəflər bir-birlərinə nümayəndə heyətlərini təqdim ediblər.

Rusiya nümayəndə heyətinə Baş nazirin beş müavini, səkkiz nazir, Prezident Administrasiyasının nümayəndələri, region rəhbərləri, dövlət korporasiyalarının və iri bankların rəhbərləri, biznesmenlər daxildir. Pekinə həmçinin Mərkəzi Bankın sədri Elvira Nabiullina, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və universitetlərin və media təşkilatlarının nümayəndələri də gəlib.

Rəsmi qarşılanma mərasimindən sonra Vladimir Putin və Si Cinpin birgə şəkil çəkdirəcəklər və danışıqlar başlayacaq.

Liderlər əvvəlcə təkbətək görüş keçirəcəklər, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş danışıqlar aparacaqlar. Görüşdən sonra sənədlərin imzalanması və media üçün bəyanatlar gözlənilir.





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}