Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genc imzalayıblar.
Xəbəri paylaş
Facebook-da paylaş








