Səhiyyə Nazirliyi Cəbrayılda bölgə sakinləri üçün tibbi-humanitar aksiya keçirib
Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, bu gün nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ixtisaslaşmış tibbi heyəti Cəbrayıl şəhərində növbəti tibbi-humanitar aksiya həyata keçirib. Səfər çərçivəsində bölgə sakinlərinə konsultativ və profilaktik tibbi xidmətlər göstərilib. Tibbi heyətin tərkibində 6 mama-ginekoloq, 1 ultrasəs müayinəsi üzrə həkim, 1 neonataloq, 1 mama və 1 tibb bacısı yer alıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








