Afrikanın üç ölkəsi Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərib
Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib. Şəffaflıq.az-ın Beynəlxalq Cüdo Federasiyasına istinadən məlumatına görə, bunlar Anqola, Qvineya və Toqo yığmalarıdır. Afrika ölkələri ilkin iştirak ərizəsinə müvafiq olaraq 3, 5 və 2 idmançının adını daxil ediblər. Xatırladaq ki, dünya çempionatı oktyabrın 4-11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








