Əsas Səhifə > İdman > Afrikanın üç ölkəsi Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərib

Afrikanın üç ölkəsi Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərib


Bu gün, 15:01


Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib.

Şəffaflıq.az-ın Beynəlxalq Cüdo Federasiyasına istinadən məlumatına görə, bunlar Anqola, Qvineya və Toqo yığmalarıdır.

Afrika ölkələri ilkin iştirak ərizəsinə müvafiq olaraq 3, 5 və 2 idmançının adını daxil ediblər.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 4-11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.




Geri qayıt