Kokoreç yunan mətbəxinin nümunəsi kimi təqdim edildi: Türkiyəlilər etiraz edirlər - FOTO/VİDEO


Dünyanın müxtəlif ölkələrində hazırlanan ən dadlı və qeyri-adi təamların siyahısını hazırlayan dünyaca məşhur qida şirkəti yunan mətbəxini siyahının ilk pilləsinə çıxarıb.

Diqqətçəkən məqam isə məşhur türk yeməyi kokoreçin Yunanıstan mətbəxinə məxsus qida nümunəsi kimi təqdim edilməsidir.

Bu məqam türkiyəli kulinariya mütəxəssislərinin və kokoreçsevərlərin etirazına səbəb olub.

Məlumat üçün əlavə edək ki, qoyun və ya keçinin bağırsaqlarından hazırlanan kokoreç əsasən Türkiyədə və Balkan regionu ölkələrində hazırlanır.

Osmanlı imperiyası dövrünə aid 1883-cü ildə İstanbulda nəşr olunan “Ev Kadını” adlı yemək kitabında kokoreç reseptinə rast gəlmək mümkündür.


Mənbə: İHA

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}