Fərat çayının şərqində türkmənlər hərəkətə keçdi: “TERRORÇULARI TƏMİZLƏYƏCƏYİK”


 

Hurriyyet.org xəbər verir ki, Azad Suriya Ordusundakı türkmənlər Fərat çayının şərqini terrordan təmizləməyə çalışırlar.
Hamza diviziyası Türkiyənin Fərat çayının şərqində əməliyyat keçirəcəyi təqdirdə, əməliyyata dəstək vermək üçün hazırlıq aparır.
ASO-nun lider bölmələrindən olan, 2015-ci ildə İŞİD terror təşkilatına qarşı qurulan və türkmən döyüşçülərdən ibarət Hamza diviziyası Fərat qalxanı və Zeytun budağı əməliyyatlarında ASO çətiri altında Türkiyə Silahlı Qüvvələrini dəstəkləmişdi.
Diviziya təqribən 6500 döyüşçüdən ibarətdir. Müxalifətçilərin nəzarətindəki Azez rayonunda müharibə taktikasını öyrənən və təlimlər keçən qrupun komandirlərindən olan Seyf Əbu Bəkir, “Anadolu Agentliyi”nin müxbirinə müsahibəsində deyib: “Hazırda Fərat çayının şərqində PKK/PYD terror təşkilatının üzvlərinə qarşı aparılacağı ehtimal edilən əməliyyata hərbi hazırlıq aparır, hərbçilərimizə təlim veririk. ASO olaraq hədəfimiz Fərat çayının şərqindəki vətəndaşlarımızı terror zülmündən xilas eləməkdir. Aramızda kürdlər də var. Kürd Şahinləri adlandırdığımız qrup 200 hərbçidən ibarətdir. Bizim hamımız terror zülmünə qarşı vuruşuruq. Türkiyənin dəstəyi ilə bu bölgələri də terror təşkilatlarından təmizləyəcəyik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}